Həyatı
- 4 -
Qürbət ellərdən vətəninə qayıtmış Yusif Vəzir ilk əvvəl �Bakı işçisi� nəçriyyatında bədii şöbənin redaktoru, sonralar Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləmiş və eyni zamanda müəllimliklə də məşğul olmağa başlamışdı. Əvvəlcə, Azərbaycan Dövlət Universitetinin şərqşunaslıq və pedaqoji fakültəsində, sonralar isə Pedaqoji, Tibb və Neft institutlarında Azərbaycan və rus dilləri kafedrasında dərs demişdi. Eyni zamanda Yusif Vəzir Ruhulla Axundovun redaktəsi ilə çıxmış �Rusca-Azərbaycanca lüğət�in müəlliflərindən biri olmuşdu. Azərbaycan dilində terminologiyanın yaradılmasında da Yusif Vəzir Çəmənzəminlinin böyük xidməti olmuşdur.
Yusif Vəzir 1930-35-ci illərdə Azərbaycan Neft İnstitutunda işləyən zaman, həmin institutda çıxan �Əzizbəyov adına Azərbaycan qızıl Bayraqlı Neft İnstitutunun əxbarı� jurnalında �Neft və onun tarixi� adlı məqaləsi ilə bərabər bir çox məqalələr yazıb çap etdirmişdir.
Yusif Vəzir bir çox hekayələrini �Maarif və mədəniyyət� jurnalında və başqa mətbuat orqanlarında çap etdirir. Sonralar isə �Qızlar bulağı�, �Studentlər�, �1917-ci il� adlı romanlarını çap etdirir. 1935-ci ildə �Həzrəti-Şəhriyar� adlı komik pyesini bitirir. Uzun illər tədqiqatçıların diqqətindən kənarda qalan �Həzrəti-Şəhriyar� komediyası, nəhayət, ilk dəfə 1980-ci ildən incəsənət toplusu �Qobustan� jurnalının 4cü nömrəsində çap olundu.
Yusif Vəzir tərcümələr üzərində də işləyirdi. O, L.Tolstoyun, İ.Turgenevin, A.Neverovun, N.Qoqolun, B.Lavrenevin, L.Seyfulinanın, V.Hüqonun və s. bir neçə əsərlərini rus dilindən Azərbaycan dilinə tərcümə etmişdi. O, kino-ssenarilərin tərcüməsi işində də fəal iştirak etmişdi. Azərbaycan dilində ilk səsli film olan məşhur �Çapayev� filminin ssenarisini də Azərbaycan dilinə 1936-ci ildə Y.V.Çəmənzəminli tərcümə etmişdi.
Yusif Vəzir 1937-ci ilin aprel ayında tamamladığı �İki od arasında� adlı tarixi romanı işdən çıxarıldığı üçün çap etdirə bilməmişdi. Üç sağlığında nəşr etdirmək qisməti olmayan Yusif Vəzirin bu tarixi romanı ilk dəfə 1960-cı ildə �Azərbaycan� jurnalında möəyyən ixtisarla �Qan içində� adı ilə çapdan çıxmışdı. Yusif Vəzir Yazıçılar İttifaqından çıxarılmamışdan 3-4 ay əvvəl yazdığı �Altunsaç� adlı kinossenarisini də �Azərfilmə� vermişdi. Əsər geniş mütəxəssis müşavirəsində oxunub bəyənilməyinə baxmayaraq �Azərfilmin� direktoru Merkel son mərhələdə Yusif Vəzirə müraciət edərək demişdi, �Studentlər� romanınız tənqid edildiyi üçün sizinlə müqavilə bağlaya bilməyəcəyəm.
Yusif Vəzirin 1937-ci ildə cürbəcür bəhanələrlə işdən kənar edilməsi ona mənəvi əzab verirdi. Həyatını xalqın istiqlaliyyətinə və tərəqqisinə həsr rdən Yusif Vəzir özündə heç bir günah görməyib. 1937-ci il may ayının 20-də Azərbaycan. K(b)P-nın Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırova ərizə ilə müraciət edir. Yusif Vəzir M.C.Bağırova yazdığı ərizənin cavabının gəlməsindən əlini üzərək 1937-ci il iyun ayının 8-də Ümumittifaq K(b)P-nın baç katibi İ.V.Stalinə ərizə ilə müraciət edir. Bu ərizədən də cavab gəlmir. Yusif Vəzir 20-25 gün Moskvada qalıb Stalinə yazdığı ərizə barədə Mərkəzi Komitəyə müraciət edir. Lakin ordan da heç bir cavab ala bilmir. Çarəsiz qalan Yusif Vəzir Bakıya qayıdır. 1938-ci ildə �Kommunist� qəzetində çıxan bir elanda bildirilirdi ki, Özbəkistan SSR-nin Urgənc şəhərindəki Xorəzm Vilayət Pedaqoji institutunda rus dilində dərs deməyə meəllim yeri tutmaq üçün müsabiqə elan olunur. Yusif Vəzir sənədlərini toplayıb Urgənc şəhərinə göndərir. Müsabiqədən keçib rektorluqdan dəvət alır. 1938-ci ilin avqust ayında Yusif Vəzir Urgəncə yola düşür. O, Urgənc pedaqoji instituta baç müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur.
1937-38-ci illərdə represiyaya məruz qalan Azərbaycanın bir qrup elm və mədəniyyət xadimlərindən B.Çobanzadə, N.Şahsuvarov, H.Zeynallı, H.Nəzərli və başqalarının verdikləri ifadələr əsasında 1940-cı il yanvar ayının 25-də Yusif Vəzir Urgəncdə həbs edilib Bakıya gətirilir. O, altı aya yaxın Keşlə həbs düşərqəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərqəsinə göndərirlər.
Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edir.
Səhifələr
1 |
2 |
3 |
4
|