Ana səhifə Həyatı Əsərləri Məqalələr Fotoqalereya

Həyatı

- 2 -

Yusif Vəzirin 21 yaşlı qardaşı Əbülhəsən vaxtsız ölümü onu hədsiz dərəcədə sarsıdır. Baş verən bədbəxt hadisə ataları Məşədi Mirbabanın və anaları Seyid Əziz xanımın tez-tez xəstələnmələrinə səbəb olur. Bu hadisə dünyada haqq və ədalət olmasına inanan Yusifdə də ümidsizlik doğurur və onun uzun müddət dərsləri ilə məşğul ola bilməməsinə səbəb olur.

Bir müddət keçəndən sonra qardaşı Əbülhəsənin yaratdığı zəngin kitabxana Yusifə verilir. Yusif Vəzir kitabxanadakı rus və əcnəbi klassiklərin kitabları ilə yaxından tanış olandan sonra onda rəsm ilə bərabər ədəbiyyata da böyük maraq oyanır. Yusif Vəzir Şuşa realnı məktəbində təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış �Jaloba� adlı ilk şerini rusca yazmışdı. Yusif Vəzir rusca yazdığı bir neçə şerini Şuşa realnı məktəbindəki rus dili möəllimi Klemiyə göstərir. Müəllim şerləri gözdən keçirib ona Çexovu oxumağı məsləhət görür. Çexovun şirin və duzlu hekayələri Yusif Vəzirin çox xoşuna gəlir.

Yusif realnı məktəbində oxuyan zaman əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində �Fokusnik� adlı, əl ilə yazılmış yumoristik və karikaturalı aylıq jurnal çıxarırdılar. Bu jurnalda verilən yazılar həcmcə kiçik olsa da, məzmunca diqqəti cəld edirdi.

1905-ci ilin yayında erməni daşnaqlarının təbliğatı nəticəsində Şuşada milli qırğın başlayır. Polis və hökümət əsgərləri bu düşmənçiliyə qarşı laqeyd münasibət bəslədikləri üçün iki xalq biri-birini qırır, evlərini yandırıb, xaraba qoyurdular. Şuşanın təhlükəli vəziyyətindən doğan əsəbilik Yusif Vəzirin atası Məşədi Mirbabanın tez-tez xəstələnməyinə səbəb olur.

Yusif Vəzirin atası 1906-cı il fevral ayının 20-də vəfat edir. Onun vəfatından sonra ailə, həyat təcrübəsi olmayan 19 yaşlı Yusifin himayəsində qalır. Atasının vəfatından sonra Yusif ilk əvvəl Ağdamdakı əttar dükanının şeylərini və dükanın özünü satmaq üçün mart ayının birində Ağdama gedir. Bir neçə gün orada qaldıqdan sonra xəstələnib Muradbəylidə yaşayan Telli bibisigilə gedir. İki ay yatalaq xəstəliyindən yatıb, ağır böhranlar keçirir. Sonra Yusifin bibisi onun sağalacağına olan ümidini itirib Şuşaya göndərir. Xəstəlikdən zəif düşmüş Yusifin üç ay yataqdan qalxa bilməməsi ailəni böyük çətinliklər qarşısına qoyur. Ailə köməksiz qalır. Yusifin anası Seyid Əziz xanım gecə və gündüz rahatlıq bilmədən onun həyatını xilas etmək üçün əlindən gələni edir. Ailənin ağır vəziyyətində Yusif hələ uşıq ikən Cənubi Azərbaycanın �Çəmənzəmin� adlı kəndində aclıq nəticəsində oradan qaçıb, Çuçaya pənah gətirib, Yusifgilin həyətlərində sığınacaq tapməş Həsənxan, Nifti və Fərəc qardaşlarından başqa heç bir qohumları onlara kömək etmir. Yusifin atası Məşədi Mirbabayev vaxtı ikən yurdları olmayan bu qardaşlara öz həyətində sığınacaq verib himayəsinə almışdı.

Yusif sağaldıqdan sonra anasına deyir ki, əgər mən gələcəkdə adlı-sanlı adam olsam, mütləq Cənubi Azərbaycandan gəlmiş sədaqətli qonşularımızın kəndlərinin adını özümə təxəllüs qəbul edəcəyəm. Yusif Vəzir necə deyir, elə də edir. Yusif Vəzirin �Çəmənzəminli� təxəllüsünü qəbul etməsi onun həmin ailəyə bəslədiyi hörmət və məhəbbətdən gəlir. Şuşada yaranan erməni-müsəlman çarpışmaları nəticəsində azərbaycanlı tələbələri məktəblərini tərk etmək məcburiyyətində qalırlar. Yusif Vəzir də təhsilini davam etdirmək üçün Bakıya gedib realnı məktəbin altıncı sinfinə daxil olur. O, böyük səylə oxumaqla bərabər ictimai işlərlə də məşğul olur.

Yusif Vəzir xalqın məişətini, onun adət və ənənələrini, həyat tərzini bilərək 1907-ci ildə �Şahqulunun xeyir işi� adlı hekayəsini yazır. Bu hekayə ilk dəfə 1911-ci ildə �Səda� qəzetində çap olunur. Şuşadakı milli ədavət Vəzirovlar ailəsini də ata-baba yurdundan didərgin düşməyə məcbur edir. Onlar Aşqabada köçməli olurlar.

1907-ci ildə Yusif Vəzir Qarabağın pir və ocaqlarını kəskin tənqid edən yazısını �Molla Nəsrəddin� jurnalında �Bakı realnı məktəbinin altıncı sinif şagirdi Mir Yusif Vəzirov� imzası ilə çap olunur. Bu yazıdan sonra Aşqabadda və Bakının Hacıağa karvansarasında yaşayan qarabağlılar həyacana gəlib Yusif Vəzirə qarşı kin bəsləyirlər. Aşqabaddan gələn təhqir və hədələmə məktublarının ardı-arası kəsilmirdi. Onlar Yusif Vəzirdən �Molla Nəsrəddin� jurnalı vasitəsilə üzr istəməyi tələb edirdilər, əks halda isə öldürüləcəyini bildirirdilər. Yusif Vəzir 1907-ci il noyabr ayının 5-də �Təzə həyat� qəzetində izahat verərərk bildirir ki, �Molla Nəsrəddin� jurnalında gedən yazısının heç də �müqəddəs� pirlərə və ocaqlara sataşmaq deyil, əsas məqsəd ancaq hiyləgərləri ifşa etməkdən ibarətdir. �Mən göstərirəm ki, adını müsəlmən qoyanların içində çoxsu qurd libasına girib, millətə xəyanət edirlər, millətin gözünü bağlayıb, ümumi insaniyyət nöqtəsindən uzaq salırlar. Camaatın dərdinə qalıb məktəblər açmaqdan, yetim uşaqları oxutdurmaqdan ki, gələcəkdə küçələrdə qalıb camaata zərər yetirməsinlər... Bütün bunları eləməyin əvəzində fəqir-füqərənin axır qəpiklərini də alıb ac-acına qoyurlar. Görünür ki, bəzi oxucular məqalədəki alovlu vətənpərvərlik hissini fərqləndirə bilməyib ağızdan-ağıza yalan və şişirdilmiş şayiələr uydurub yayıblar�.

Yusif Vəzir 1909-cu ildə Bakı realnı məktəbini bitirib, təhsilini davam etdirmək üçün həmin ilin iyul ayında Peterburqa gedib sənədlərini Mülki Mühəndislər institutuna verir. Lakin riyaziyyata qələbə çalmayacağını hiss edib sənədlərini geri alır. Orada qaldığı vaxtdan istifadə edib məşhur �Cənnətin qəbzi� hekayəsini və Qafqazın fəth edilməsinin 50 illiyi münasibətilə Dağıstanın məşhur milli qəhramanı olan Şeyx Şamili yada salaraq ona şer həsr edir. Bir aydan sonra Yusif Vəzir Peterburqdan Aşqabada qayıdır. O, Aşqabadda qaldığı müddətdə latıncanı öyrənməyə başlayır. Sonra isə Daşkəndə gedib altı ay kursda oxuyur və Daşkənd gimnaziyasında imtahan verib universitetə girmək hüququ qazanır. Yusif Vəzir 1910-cu ildə Kiyevə gedib, Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik dövründə də o vətənilə hüç bir zaman əlaqəni kəsmir. Yusif Vəzir Bakıda nəşr olunan qəzetləri və jurnalları müntəzəm olaraq alır və Azərbaycanda baş verən hadisələrlə yaxından tanış olurdu. Eyni zamanda öz yazılarını da Bakıda çıxan qəzetlərdə çap etdirirdi. Yusif Vəziri düşündürən əsas məsələlərdən biri də azərbaycan dilində kitabların nəşri və yayılması olmuşdu. O, bu məqsədlə Kiyevin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət xüsusi nəşriyyat heyəti təşkil etmişdi. Bu barədə Yusif Vəzir 1911-ci il iyun ayının 3-də �Səda� qəzetində çap etdirdiyi �Kiyevdə heyəti � nəşriyyat təşkili məqaləsində yazırdı... kitabçalar bir ədəbiyyata dair olmayıb, siyası, tibbi, tarixi, iqtisadi məsələlərdən də bəhs edəcəkdir.�

Səhifələr   1 | 2 | 3 | 4