VI
MUXTARIYYƏTİMİZİN ƏSL ƏSASI.
Muxtariyyətimizin əsl əsası ədalət ilə qurulmalıdır. Ədalət olmaz isə, binmız başa getməz. Rusiya zülm ilə abad ilmuşdu. Axırda ədl ilə bərbad oldu. Ədalət də onda olar ki, Allahın yaratdığı insanların birinə pis və o birisinə yaxşı nəzər ilə baxmayasan. İnsanlar bərabərdirlər, istər arvad, istər kişi; istər erməni, istər rus və ya müsəlman hüquqda gərək şərik olsunlar. Azərbaycan muxtariyyəti üçün millət ayrılığı gərək olmasın. Qanunlarımız da gərək bu əsas üzrə yazılsın. Məmləkətimizdə ədalət olar isə, cəmi millətlər ona sədaqət ilə qulluq edərlər. Yox, əgər olmaz isə, ağacı içindən qurd yeyən kimi, gözəl ölkəmizi düşmənçilik və küdurət tərk edib viranəyə döndərər. Və hərgah bunların arasında xüsumət olsa, səbəbəri tapılıb yox edilməlidir. Səbəb yox olduqda düşmənçilik də öz-özünə yox olar.
|