Ana səhifə Həyatı Əsərləri Məqalələr Fotoqalereya

�Filologiya məsələsi� Bakı, 2003-cü il
Şəlalə Hümmətli.
Əlyazmalar İnstitutu.

Yusif Vəzirin Daha bir gizli imzası

Mətbuat səhifələrində 1909-cu ildən başlayaraq ilk gizli imza kimi �Sərsəm� imzası ilə çıxış edən Yusif Vəzir 1911-ci ildə özünə yeni bir imza da seçmişdi � �Əliqulu xan Çəmənzəminli�. �Məlik Məmməd� (1911) adlı ilk kitabını həmin imza ilə çap edən görkəmli ədib sonralar bəzi felyetonlarını, hekayələrini, kitablarını da ədəbi ictimaiyyətə �Əliqulu xan Çəmənzəminli� imzası ilə təqdim edir. Bu imzalarla bağlı əvvəlki məqalələrimizin birində daha geniş söz açmışdıq (1). Yeri gəlmişkən, �Məlik Məmməd� kitabı ilə bağlı texniki səhv üzündən jurnalda yarımçıq çap edilən, anlaşılmaz şəkildə gedən bir fikri bir daha nəzərə çatdırmaq istərdik. Y.Vəzirin adı çəkilən kitabı ilə tanış olarkən bir maraqlı faktla qarşılaşmışdıq; kitabın üz qabığında müəllifin adı �Çəmənzəminli Əliqulu xan�, titul səhifəsində isə �Çəmənzəminli Əli xan� kimi verilmişdir (2). Müxtəlif illərdə müxtəlif gizli imzalar: �Sərsəm�, �Çəmənzəminli Əliqulu xan�, �Çəmənzəminli Əli xan�, �Ə.Q.Çəmənzəminli�, �Y.V.Çəmənzəminli�, �Y.V.�, �Y.�, �Yazıçı�, �Qurban Səid� ... � Bu siyahıya bu gündən soonra bir gizli imzanı da əlavə etməliyik � �Zərəsb�!

Yusif Vəzirin AMEA M.Füzuli adına Əİ-də mühafizə edilənzəngin arxivindəki materiallar içərisində elə əlyazma qeydləri, elə sənədlər var ki, yalnız ilk baxışdan az əhəmiyyətli görünə bilər. Yazıçının müxtəlif vaxtlarda müxtəlif təşkilatlara və vəzifə sahiblərinə ünvanlanan ərizələri də belə sənədlərdəndir. Bu ərizələrin bəziləri ədibin tədqiqatçıları tərəfindən araşdırılıb, müxtəlif məqamlarda xatırlansa da, böyük əhəmiyyət kəsb edənləri, təəssüf ki, diqqətdən kənarda qalmışdır. Belə sənədlərdən biri Y.Vəzirin Azərbaycan Şura Yazıçılar İttifaqı təşkilat komitəsinə ünvanlanan 20 may 1933-cü il tarixli ərizəsidir (3). (Yazıçının müxtəlif illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqına, M.C.Bağırova, Stalinə və s. ünvanlanan ərizələri haqqında daha ətraflı digər məqaləmizdə söhbət açılacaq). Bu �Ərzi-halı�nda �ədəbiyyat sahəsinə atıldığı�nın �25-ci ildönümü� münasibətilə ona təqaüd verilməsini xahiş edən Yusif Vəzir çap olunmuş kitablarının, tərcümələrinin, elmi məqalələrinin və bu məqalələrin dərc olunduğu mətbuat orqanlarının siyahısını verir. �Kitabça şəklində çıxan başlıca əsərlərin�, �Şura nəşriyyatı tərəfindən buraxılan əsərlərim�, �Tərcümələrim�, �Şura zamanı iştirak etdiyim məcmuə və qəzetlər�, �Məcmuələrdə hekayələrdən başqa aşağıdakı elmi məqalələrim getmiş�.- Bu siyahılardan sonuncusuyla tanış olarkən, adı çəkilən on elmi məqalədən son üç məqalənin adı xüsusi marağımıza səbəb oldu. Bu günəcən Çəmənzəminlişunaslığa tanış olmayan həmin məqalələr siyahıda aşağıdakı kimi sıralanmışdır:

8. �Bizdə xalçaçılıq� (ən qədim zamandan)
9. �Bizdə pambıqçılıq� (-)
10. �Neftin keçmiş və hal-hazırki mənası� ... ilaxir.

İqtisadiyyatın müxtəlif sahələrinə həsr olunmuş bu məqalələri ərizədəki qəzet və məcmuələr siyahısında adı çəkilən �İqtisadi xəbərlər� məcmuəsində axtarıb tapdıq. Həmin məcmuədə 1928-ci ildə dərc edilən bu məqalələr �Zərəsb� imzası ilə çap olunmuşdu (4). Bu gizli imza ilə Yusif Vəzirin həmin məcmuədə müxtəlif illərdə dərc edilən digər məqalələrini də tapdıq.- �Meşələrimizin islahı yolunda�, �Qoyunçuluq�, �Bizdə südçülük� və s. (5). (Qeyd edək ki, �Zərəsb� imzalı məqalələri araşdırarkən, digər bir gizli imzanın da izinə düşdük. Bu barədə isə ehtimallarımızı doğruldan faktlar üzə çıxdıqdan sonra söhbət açacağık.)

Y.V. Çəmənzəminlinin bizim üçün bu günəcən gizli qalan �Zərəsb� imzası fars mənşəli iki sözün �zər� və �əsb� sözlərinin birləşməsindən yaranıb. �Zərəsb� � �qızıl at� deməkdir. Əsatirlərimizin, nağıl və dastanlarımızın əəksəriyyətində bizi arzuya, murada yetirən əsrarəngiz, müqəddəs varlıq kimi təsvir edilən at obrazı haqqında Y.Vəzirin 1935-ci ildə yazdığı �Xalq ədəbiyyatının təhlili. I. Vəsfi-hal� məqaləsində maraqlı fikirlərə rast gəlirik. Bu məqalədə verdiyi vəsfi-hal nümunələri içərisində ədibin ilk təhlil etdiyi vəsfi-hal məhz at obrazı ilə bağlıdır. Vəsfi-halın forma və məzmun xüsusiyyətlərindən bəhs etdikdən Y.Vəzir �burada işlənən ayrı-ayrı sözlərin belə böyük bir tarixi var� � deyə, xüsusilə, at obrazı ilə bağlı maraqlı mülahizələr söyləyir. Atın qədim İranda müqəddəs varlıq hesab edildiyini, hətta padşah seçkisində böyük rolu olduğunu qeyd edən ədib diqqətimizi tərkibində �əsb(at) sözü olan� xüsusi adlara yönəldir. �...Gişdaşb, Damasb, Camaşb, Ardızaşb, Farnaşb, Ariaşb və i.a. Sahilində yaşadığımız dənizin adında da �əsb� sözü var, bunlarda yaşayan �Qasb� xalqının adıyla adlanmış...� Qafqaz� kəlməsində də eyni söz var, əsli �Qafqasb� olmalıdır (�qasb dağı� deməkdir...). Vəsfi-halda murad və arzu mənasına işlədilən at kəlməsinə bir �ağ� sifətli də qoşulmuşdur. Ağ xalq arasında xoşbaxtlığına işarədir. �Ağ günlü� xoş baxta deyərlər� (6). �Əsb (asb)� � �at� sözü ilə bağlı Y.Vəzirin məqaləsindən götürdüyümüz bu qeydlər onun �qızıl at� mənasını verən �Zərəsb� imzasının haradan qaynaqlandığını bizə aydınlaşdırır. �Qızıl�, �altun�, �sarı� anlamını verən �zər� sözü həm də �Zərdüşt� fəlsəfəsinə, �Avesta�ya xüsusi sevgisi ilə tanınan Y.Vəzirin �Zərəsb� imzasını seçməsində yəgin ki, bu oxşarlığın da rolu az deyil. �İqtisadi xəbərlər�də �Zərəsb� imzası ilə çap olunan məqalələr iqtisadiyyatın əhəmiyyətli sahələrinə dair maraqlı məlumatlarla, tarixi faktlar və statistik rəqəmlərlə zəngin olması baxımından olduqca dəyərlidir. Bu məqalələrin hər biri Yusif Vəzirin ensiklopedik biliyə, hərtərəfli dünyagörüşünə malik bir şəxsiyyət olduğuna bir daha sübutdur. Xatırladaq ki, hələ 1923-cü ildə İstambulda çapdan çıxan �Tarixi, coğrafi və iqtisadi Azərbaycan� kitabında Y.V.Çəmənzəminli Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri ilə bağlı dəyərli fikirlər söyləmişdi. İki hissədən ibarət bu əsərin �İqtisadi Azərbaycan� adlı ikinci hissəsində �Neft�, �Mis (baqer)�, �İpək�, �Pambıq�, �Yun və xalı�, �Balıq və kürü� sərlövhəli yazıların hər biri möəllifin ciddi elmi araşdırmalarının nəticəsidir (7). AAŞC Ali İqtisad Şurasının nəşri olan �İqtisadi xəbərlər� məcmuəsindəki məqalələr isə görkəmli azərbaycanşunas alimin öz elmi araşdırmalarını daha mükəmməl şəkildə davam etdirilməsindən soraq verir (xatırladaq ki, Y.Vəzir sonralar � 1934-cü ildə neftə dair �Neft və tarixi� adlı daha bir məqalə də qələmə almışdır(8)).

P.S. Yusif Vəzirin � �Zərəsb�in məqalələrini müasiroxucu auditoriyasının diqqətinə çatdırmaq məqsədilə ərəd əlifbasından transfoneliterasiya edərək, tərtib etdiyimiz və bu yaxınlarda çapdan çıxacaq �Y.V.Çəmənzəminli. Məqalələr� toplusuna əlavə etmişik.

Qaynaqlar:

  1. S.Hümmətli, �Taleyin oyunu, yaxud Yusif Vəzir � �Qurban Səid� və ... Ömər Xəyyam...�, �Azərbaycan� jurnalı, 2001, �12
  2. Çəmənzəminli Əliqulu xan, �Məlik Məmməd�, Bakı, 1911
  3. Y.V.Çəmənzəminli, �Ərizə�, AMEA Məhəmməd Füzuli adına Əİ, fond 21, sax. Vah.299
  4. �İqtisadi xəbərlər� məcmuəsi, 1928, � 1,2,5,6
  5. �İqtisadi xəbərlər� məcmuəsi, 1927, � 13,15,16, 1928 � 3,4
  6. Y.V.Çəmənzəminli, �Xalq ədəbiyyatının təhlili.I.Vəsfi-hal�, Əİ, fond,21,sax.vah.169
  7. Y.V.Çəmənzəminli, �Tarixi, coğrafi və iqtisadi Azərbaycan�, Bakı,1993
  8. Əzizbəyov adına Azərbaycan Qızıl Bayraqlı Neft İnstitutunun əxbari, 3-cü baraxılış,Bakı,19347,Əİ,fond 21,sax.vah.779

< < Geri