Ana səhifə Həyatı Əsərləri Məqalələr Fotoqalereya

Əli Ibrahimov

Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında erməni məsələsi

    Azərbaycan xalqının bir çox qiymətli şəxsiyyətləri kimi, Yusif Vəzir Çəmənzəminli də doğma vətənindən didərgin salınmış represнsiya qurbanlarındandır. Onun yaradıcılığının birinci mərhələsi 1907 və 1920-ci illərin ictimai-siyasi hadisələrinin çox ziddiyyətli mürəkkəb bir dövrünə təsadüf edir. Bir tərəfdən Rusiyadakı Oktyabr inqilabının qələbəsi, bolşeviklərin hakimiyyətə gəlməsi, o biri tərəfdən Azərbaycanda milli azadlıq hərəkatının лmüsavat╗ inqilabı adı ilə tədricən inkişafı və nəhayət Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması gənc mütəfəkkir Yusif Vəziri düşündürməyə bilməzdi. лKimə qoşulmaq?╗ - sualına cavab vermək çox çətin idi. Ancaq bu ona məlum idi ki, лMüsavat╗ öz fəaliyyətinin, öz işinin proqramında hamının лmüsəvi╗, yəni bərabərhüquqlu olmasını tələb edir, gələcək üçün, xalqın milli mənafeyi üçün çox şeyləri vəd edirdi, həm də demokratik ruhlu bir dövlət qurumu yaratmaqla özünü bütün dünya dövlətlərinə tanıtmaq və tanıtdırmaq üçün uğurlu və sağlam siyasət yeritməyi qarşıya məqsəd qoymuşdu.

    Yusif Vəzir elə sənətkarlardandır ki, qismətinə üç dövrdə: çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və sovetlər imperiyası illərində yaşamaq düşmüşdü. Yusif Vəzirin anlamında güclü mərkəziyyətə tabe edilməyən, xalqların лgöz yaşı ilə bir-birinə bitişdirilən torpaqlara hökmran kəsilən bir dövlət daimi yaşaya bilməz╗. лMilli muxtariyyət╗ ideyasına güc verib çar Rusiyasının tərkibindən ermənilərdən başqa, bütün digər millətlərin çıxması təbii və tarixi bir zərurət idi.

    Bir xalqın siyasi səbatsızlığından istifadə edib digər bir xalqın ərazisini onun hesabına genişləndirmək, zor gücünə bunu öz arzu, istəyinin məqsədinə tabe etdirmək tamamilə ədalətsizlik və haqsızlıqdır. Yusif Vəzirə görə Ukrayna muxtariyyəti ona görə yarandı və qalib gəldi ki, burada mərkəziyyəti öldürüb, ədəmi-mərkəziyyət yaradıb fəaнliyyət göstərmək zəruri hesab edildi. Bu o deməkdir ki, milli muxtariyyət qazanmış dövlətin ədəmi-mərkəziyyət prinsipi ilə idarə olunmasında ətraf, çöl tərəflər, sərhədlərin möhkəmləndirilməsi, qorunması əsas götürülürdü. Çar Rusiyası və onun Zaqafqaziyada dayağı olan ermənilərə bu sərf eləmirdi. Çünki millət kimi formalaşan azərbaycanlılar, gürcülər və Dağıstan xalqlarının ərazisinin müəyyənləşməsində onlar narahat olurdular. Bu narahatçılıq onlarda, xüsusən zəngin torpaqları və sərvətləri olan Azərbaycanın müstəqillik yoluna birinci düşməsi ilə bağlı olmuşdur.

    Böyük demokrat və mütəfəkkir-alim Yusif Vəzir Çəmənzəminlinin zəngin yaradıcılığında лerməni╗ məsələsinə xüsusi yer ayrılması heç də səbəbsiz deyildir. O, Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər idarəsində çalışan və xarici dövlət nümayndələri ilə əlaqə saxlayan və ya danışıqlar aparan hökumət tərəfindən vəkil edilən bir şəxs olduğu üçün лMüsavat╗ hökumətinin tapşırığı ilə Türkiyənin İstanbul şəhərinə səfir təyin olunur. Ukrayna, Türkiyə və Fransada olduğu illərdə ermənilərin məkrli planları ilə dərindən tanış olmaqla əsərlərində, xüsusən лErmənistan və biz╗, лƏfkari-ümumiyyə╗, лOn beş gün Erнmənistanda╗ məqalələrində, лStudentlər╗ və лQan içində╗ romanlaнrında bu haqda yeni fikirlər irəli sürmüş, bunlar bu gün üçün aktuallığı ilə seçilən tarixi faktlar kimi qiymətləndirilir.

    лƏfkari-ümumiyyə╗ (лİctimaiyyətin fikri╗) məqaləsində ədib ictimaiyyətin fikrini topdan, tufandan, zirehlərdən də qüvvətli hesab edir. Hakim və məzlum millət olmasından asılı olmayaraq, hamıda rəsmi qəzetlər nəşr etmək, teleqraflar ilə əfkari-ümumiyyəni öz tərəfinə çəkmək meyli vardır. Məhkum millətlər bu yolda çox çalışırlar. Əfkari-ümumiyyəni qazanmaq üçün bəzən məhkum millətlərin hərəkətində məhkum hallar meydana çıxır. Məsələn, ədib məqalənin bir yerində yazır ki, лAvropa şəhərlərindən birində olarkən bir erməninin cocuğa güllə atdığını qəzetdə oxumuşdur. Ermənidən cinayətin səbəbini soruşduqda demişdi: лBu cinayət ilə erməni cocuqlarının halından sizi xəbərdar eləyirəm, onları Osmanlıda qırırlar╗. Belə qəribə informasiyalarla bütün dünya əfkari-ümumiyyəni öz tərəflərinə çəkən ermənilər çox şeyə nail ola bilirlər. Beynəlxalq aləmdə лəfkari-ümumiyyə╗nin öz tərəfinə həllini təmin etmək məqsədilə erməni hoqqabazlarına züy tutanlar belə güman edirlər ki, nə qədər ki, bir çox məhkum millət лqəflət╗ yuxusundan oyanmayıb, onların mövcud hallarında öz xeyirlərinə istifadə etməyə girişmək lazımdır.

    лƏfkari-ümumiyyə╗ni cəlb etmək üçün yuxarıda göstərilən ifrat vasitələrdən başqa bir də adi yollar var ki, Yusif Vəzir bunları sadə bir dillə ifadə etmişdir: лHankı millət yaşamaq istərsə, öz dərdini söyнləməlidir, səsini çıxarmalıdır. Səsini çıxarmağı bilməyən və bağırmağı bacarmayan bir millət həmişə əzilər. Səs vasitəsi də qəzetlər və məcнmuələrdir. Qonşularımızdan bağırmaları ilə məşhur ermənidir. Bu millət dərdini və tələbini bildirməkdə böyük istedad sahibidir. Dünyada elə bir qəzetə yoxdur ki, erməni məsələsini yazmasın. Bundan başqa özlərinə məxsus bir çox qəzetə və məcmuələri var. Muharilə əsnasında Moskvada rus dilində лArmyanski vestnik╗ məcmuəsi verilirdi. Bu məcmuə başdan-başa erməniliyi təqdir və tərvic (işə salma) etmək ilə məşğul idi. Məcmuənin fikri ermənini ən mədəni bir millət şəklində Avropaya tanıtmaq idi: Odessada dəxi eyni fikirdə bir qəzetə çıxırdı. Bu gün İstanbulda fransızca qəzetləri var. Tələblərini Avropanın qulağına söyləməkdən çəkinmirlər╗. Göründüyü kimi, milçəyi fil boyda edən ermənilər hər sahədə özlərinin üstün olmalarına çalışırlar. Bəzən yalanı elə həqiqət kimi qələmə verirlər ki, kənardan baxan buna gerçəklik kimi baxır. Yusif Vəzirin bu məqaləni hələ yazdığı ildə, yəni 1919-cu ildə ermənilərin milli məsələ ilə bağlı doqquz yüz əsər çap etdirdiklərinə dair məlumat olmuşdur.

    Mənbələrdən məlumdur ki, yunanlar İstanbulu almaq iddiaнsında olmuşlar. Buna ixtiyarları çatdığını, haqlı olduqlarını sübut etmək üçün hər bir vasitəyə müraciət etmişlər. Yunanların, ermənilərin beynəlxalq aləmdə türkləri hörmətdən salmaq üçün əl atdıqları vasitələrdən birini çox gözəl təsvir edən böyük demokrat yazır: лTürklərin rəнvayətinə görə, yunanlar Bəyoğlunda və Qələlədə küçələri çox zibilli saxlayırlar. Hər nə əllərinə gəlir küçəyə tullayırlar. Səbəbi bu imiş ki, avropalılar türklərin лidarəsizliyini╗ görsünlər. Baxınız, nümayiş nə şəkil alır. İstanbulda bir ayrı nümayişə dair söylədilər. Bir neçə yüz erməni uşağı cırıq-cındır libasda şəhəri dolanmışlar. Məqsəd erməni qaçqınlarının halını bəyan etmək imiş╗.

    Avropa aləmində, Ermənistanda əfkari-ümumiyyənin rəğbətini qazanmaq üçün dəridən-dırnaqdan çıxan millətlərin bu sahədə toplaнdıqları təcrübəni dönə-dönə bəyan etməkdə böyük demokratın məqsədi öz xalqının, millətinin halı ilə maraqlananların çox az olduğunu təəssüf hissi ilə qeyd etməsidir. Məqalənin son abzasında o yazır: лBütün müsəlman aləmində əfkari-ümumiyyənin rəğbətini qazanmaq üçün az çalışılır. Onun üçün dərdlərimiz kimsəyə bəlli olmur və biz ilə maraqlanan az olurЕ Siyasi adamlar məmləkətimizdən xəbərsiz olduqda, biz ermənilərdən də çox çalışmalıyıq ki, özümüzü tanıdaq╗.

    Bu bir məlum həqiqətdir ki, hər hansı bir siyasətdən fayda hasil olmasa, лgöz yaşı tökən╗, лşivən qoparan╗, лqan axıdan╗ bir millətin harayına etinasızlıq göstərilər. Erməni istiqlaliyyətinin avropalılara heç bir fayda gətirməyəcəyini zənn edənlər yanılmadılar. Ancaq ermənilər əl çəkməyib böyük iddialara əl atmağa başladılar. Yusif Vəzir лErmənistan və biz╗ məqaləsində bu iddiaları çox sadə dillə belə ifadə edir: лBöyük Ermənistan xəritəsini gördüm. Üç dəniz arasında təşəkkül edəcək imiş. Ağ, Qara və Xəzər dənizləri arasında xəritədə Gəncə, Lənkəran, Salyan, Təbriz, Marağa və başqa şəhərlər də Ermənistana daxil edilmişdir. Əgər bu xəritə erməni amalının şəklisə, onda erməni məsələsi yenə bir çox münaqişə və mücadiləyə səbəb olacaq və həlli yenə kağız üzərində qalacaqdır. Halbuki Qafqazda asayişin təmini məsələsinin etnoqrafi dairədə həll olunması ilə mərbutdur (əlverişlidir). Uzun bir təcrübə göstərdi ki, dindaşlıq ilə siyasət arasında böyük bir uçurum var╗.

    Bir vaxtlar qapımızda məzlum-məzlum boyun büküb iş axtaran, sonra da yavaş-yavaş özünə isti yuva düzəldən, nəhayət, əzəli torpaqlarımızda dövlət və digər siyasi qurumlar yaradan ermənilər onlara çörək və yaşayış yeri verən geniş ürəkli, son dərəcə sadəlövh qonşularına, o cümlədən, biz azərbaycanlılara etdikləri pislik və xəyanətlərdən utanaraq haçansa Qafqazdan da, İrəvan və Zəngəzurdan da baş götürüb getməli olacaqlar.

    Böyük demokrat, məqalələrində olduğu kimi, romanlarında da erməni məsələsinə toxunmuş, xalqımıza, millətimizə ermənilərin bütün məkrli siyasətlərindən xəbərdar olmağı, dünya ictimaiyyətinə onların bu mənfur əməllərinin puçluğu və əsassızlığı barədə düzgün məlumatlar verməyi zəruri hesab edirdi.

    лStudentlər╗ romanında Ağabəy kimi bir Bakı qoçusunun лDifai╗ (düşməndən qorunma) adlı bir təşkilatı лHidayət╗ cəmiyyəti adı ilə ermənilərin лDaşnaksütyun╗ partiyasına qarşı yönəltməsindən danışılır. Əsərin qəhrəmanı Rüstəmbəy Ağabəyin mövqeyini təhlil edərək belə izahat verir: лQoçaqlığına qoçaq idi, ancaq tutulan yol düz deyildi. Əvvəla, Ağabəy ittihadi-islam məfkurəsi daşıyırdı. Nə qədər boş bir məfkurə! İkinci лDaşnaksütyun╗a qarşı лDifai╗ ilə çıxmaq qanı qanla yumaq demək idi. Madam ki, avtonomiya üçün etnoqrafi hüdud məsələsi meydana çıxırdı, bunu bir erməni-türk müşavirəsi çağırıb sülhlə həll etmək olmazdımı?╗

    Azərbaycan xalqının milli adət-ənənələri içərisində yadda qalan nümunələrdən biri də günahkarın hansı bir millətdən olursa-olsun, cavandırsa, cavanlığına, qocadırsa, qocalığına görə məzəmmət edilib bağışlanmasıdır. лYusif Əmin╗ adlı bir erməni millətçisinin Londondan Qarabağa gəlişindən ruhlanan ermənilər əmrə müntəzir bir millət kimi müğyan etməyə girişərək birləşmiş, müsəlmanları qırmaq çağırışına qoşulmuşlar. İbrahim xan Yusif Əmini çağırıb xəbərdarlıq etmiş və onu cavanlığına görə bağışlamışdır. Unutqanlıq, millətindən asılı olmayaraq лdüşmənin yaramaz hərəkətlərinə görə tənbeh edilib bağışlanması millətimizin bugünkü reallıqlarına uyğun gəlməyən problemlərdəndir.

    Erməni məliklərinin düşmənçilik salıb qudurğanlıq etdiklərinin səbəbini milliyyətcə erməni olan qaynı Cümşüddən öyrənən İbrahim xanın hiddətindən söylədiyi fikirlər xalqı, milləti ayıq salıb daim mübariz olmağa səsləyir. лQudurğanın boynunu sındırarlar! Rəhmətlik atam o qudurğanların kəllələrindən Xaçında minarə tikdirdi, yenə ağıllanmadılar? Biz dedik müdara ilə dolanaq, sənin bacını aldım ki, aralıqda qohumluq da olsun. Daha üzdə bir, dalda da ayrı cür olmaq demədik. Adam yorğanına görə ayaq uzadar; cəmi Qarabağ xanlığında altı min evsiniz, bir dəfə göz eləsəm, toxumunuzu yer üzündən kəsərlər. Amma mən pislik eləmək istəmirəm. Məsəldir: лPapağın keçi dərisindən, xəbərin yox gerisindən. Adam gərək gerisini düşünsün╗. Müasir Qarabağ probleminin kəskinləşməsi və onun həlli yollarının çox böyük çətinliklərlə üzləşməsində hələ də лpapağı keçi dərisindən olanların╗, yəni ermənilərlə qohumluq münasibətlərinin təsiri altından çıxa bilməmişik. Lakin keçmiş səhvləri təkrar etməmək üçün ermənilərin bütün oyunlarını və kələklərini dərindən başa düşüb ağıllı və müdrik siyasət yeritmiş həmişəyaşar prezidentimiz Heydər Əliyevin лmillətçilik yolu╗na bir daha nəzər salaq. Bütün dünya dövlətlərinin diplomatiyasına məntiqə əsaslanan informasiyalar verməklə o, ermənilərin rusların gücünə arxalanmaqla zəbt etdikləri əzəli torpaqlarımızı sülh yolu ilə, xoşluqla tərk etmələri üçün ağıllı siyasi yollar arayıb axtarmağı zəruri saymış, məsələnin həlli yollarına bir çox beynəlxalq nüfuzlu dairələrin qoşulub xeyrimizə iş görməsinə şərait yaratmışdır. Yusif Vəzir harada olursa-olsun, milli təəssübkeşlik hisslərindən uzaq olmamış, ən çətin, ən ağır anlarında belə, öz sözünü milli qeyrət baxımından elmi dəlillərlə söyləyə bilmişdir.

Mənbə: www.azadqarabag.azerall.info

< < Geri