Ana səhifə Həyatı Əsərləri Məqalələr Fotoqalereya

Yeni Naxçıvan qəzeti
16 noyabr 2001-ci il.

Y.V.Çəmənzəminlinin �Əli və Nino� romanı haqqında Türkiyədən göndərilmiş 3 məktub.

S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə �lunan şəxsi fondlar arasında tanınmış ədəbiyyatşunas, alim professor Abbas Zamanovun sənədləri xüsusi yer tutur. Qeyd edək ki, Abbas müəllimin şəxsi fondundakı sənədlərin əsasını onun yazışmaları təşkil edir. Bu günlərdə alimin yazışmalarının biblioqrafiyası ilə tanış olarkən Əliyavuz Akpinarın �Əli və Nino� romanı haqqında üç məktubu diqqətimizi cəlb etdi. Hər üç məktubda �Əli və Nino� xatırlanır, nəşri barədə məlumat verilir, müəllifi haqqında fikir söylənilir. Əgər Azərbaycan həyatının məhz Yusif Vəzir qələmindən süzülən təsvirlərini əsas götürsək, məktubların kifayət qədər əhəmiyyəti aydın olar.

80-ci illərin ortalarında professor Ə.Şəriflə görüşlərimiz zamanı da �Əli və Nino� haqqında söhbətlərimizdə Əziz müəllim söyləyərdi ki, Yusif Vəzirə məxsus təsvirlər �Əli və Nino� romanının məhz onun əsl müəllifi olduğuna dəlalət edir. Eyni fikirlər Ə.Akpinarın məktublarında da səslənir və Abbas Zamanova ünvanlandığı məktublarda qısa da olsa, əsərin həqiqi müəllifin Yusif Vəzir olduğunu həmkarına xatırladır.

Biz də öz növbəmizdə həmin məktubları oxuculara təqdim edirik.

 

�1. MÖHTƏRƏM ƏFƏNDIM!.

Göndərdiyiniz məktubu və üç paketdən ibarət kitabları aldım, ilgilərinizə çox təşəkkür edirəm.

Cəlil Məmmədquluzadə haqqındakı təklifiniz məmnuniyyətlə qarşılandı. Bu mövzuda da konfrans verməniz uyğun görüldü.

Universitetimizin sizin dəvətiniz haqqındakı təklifinə hənuz Maarif vəkalətindən cavab gəlmədi. Ümid edirəm ki, bu yaxınlarda müsbət cavab verərlər. Yusif Vəzir Çəmənzəminlinin olduğu qüvvətlə təxmin edilən bir əsər - �Əli və Nino� Türkiyədə böyük ilgiylə qarşılandı. Bu əsəri və bəzi kitabları sizə bu məktubumla bərabər göndərirəm. Ən dərin hörmətlərimi qəbul edin, çalışmalarınızda bəşərilər diləyirəm.

Yavuz AKPİNAR,

14.02.1972, Ərzurum.

 

�2. MÖHTƏRƏM ƏFƏNDIM!.

Son olaraq göndərdiyiniz hər iki məktubu və bir neçə bağlama kitabları aldəm. İlginizə minnətdaram.

Məndən Qaşqarlı Mahmudun �Divani-lüğəti-türk� adlı əsərinin türkcə nəşrini istəmişdiniz. Nə yazıq ki, bütün araşdırmalarıma rəğmən təəssüf ki, təmin edə bilmədim. Fəqət araşdırmamı davam edirəm. Nəşr tarixi əski olduğundan, kitabçalarda tapılmır. Yaxında İstanbula gedəcəyəm, orada tapacağımı güman edirəm.

N.Nərimanovun �Seçilmiş əsərləri� adlı kitabından göndərmişdiniz. E.Aslan bəy üçün göndərdiyiniz kitabı da özünə verdim. Çox məmnun oldu. Sizin dəvətiniz haqqında Maarif bakanlığından təəssüfki, heç bir cavab gəlmədi. Mən bu məsələ ilə maraqlanıram, bir yenilik olarsa, tez sizə bildirəcəyəm. Doktorluq çalışmalarımı da yaxın bir zamanda bitirəcəyəm. Bu xüsusdakı yardımlarınızı hər bir zaman minnətlə anacağam.

Keçən ay Sizə prof. A.Q.Validi Toqanın kitablarından ibarət bir paket göndərdim. Daha əvvəl göndərdiyim �Əli və Nino� adlı kitablarını aldınızmı? Lütfən bildirin, almadınızsa, təkrar göndərərəm.

Sizdən bu səfər böyük şair Füzulinin dəyərli professor H.Araslı tərəfindən hazırlanan beşcildlik külliyatından bir paket göndərmənizi rica edəcəyəm. Mənə bu əsərlər çox lazımdır, göndərsəniz, məmnun olaram. H.İşıqlı və doktor Budaq Bəylinin də sizlərə çox salamları var.

Ən yaxşı diləklərimlə sevgilərimi göndərirəm.

Əli Yavuz AKPİNAR,

8 may 1972, Ərzurum., Türkiyə.

 

�3. ƏZİZ PROFESSOR ABBAS ZAMANOV!

Möhtərəm Əfəndim!

Sizə 2.VI.1972-ci il tarixində bir kitab göndərdim. Onların arasında sizin istədiyiniz �Əli və Nino� adlı kitab da vardı. Bu kitabı Sizə Məxsusi olaraq postaladım. Aldığınızı bildirmənizi rica edirəm.

�Əli və Nino� Türkiyədə Qurban Səid taxma adıyla yayınlandı. Çünki Almanyada almanca olaraq yayınlanan əsli də bu imzayla yayınlanmışdı. Kitabdakı ön sözdə bu xüsusda geniş məlumat var. Daha sonra yapılan araşdırmalar bu əsərin Y.V.Çəmənzəminliyə aid ola biləcəyini ortaya qoydu.

�Əli və Nino� Türkiyənin böyük qəzetlərindən biri olan �Hürriyət�də çap edildi. 20 avqust 1972-ci ildə əsərin yayınlanacağı elan edildi, daha sonra 22 avqust 1972-ci ildə bu qızetin altıncı səhifəsində müntəzəm dərc edildi. 117 bölümdən sonra 18 dekabr 1972-ci il tarixində onuncu bölüm də dərc olundu. Bundan qısa bir zaman sonra da əsər kitab şəklində yayınlandı. Roman Türkiyədə böyük bir maraqla qarşılandı. Çeşidli jurnal və qəzetlərdə əsər və yazarı haqqında bir çox yazılar nəşr edildi. İndi də bu maraq davam etməkdədir. Əjar Aslana göndərdiyiniz notları verdim. Çox məmnun oldu. Özü daha öncə sizə bir məktub yazmış və bəzi kitablar da göndərmiş. Əcaba aldınızmı? Sizdən �Füzuli� külliyatını istəmişdim. Göndərməyiniz mümkündürmü? Göstərdiyiniz marağa təşəkkür edər, sevgilərimi göndərirəm.

Əli Yavuz AKPİNAR,

9 iyun 1972, Ərzurum..

Bu səfər göndərilən kitablar:

- �Əli və Nino�4;

- Divan şeri antoloqiyası

- Qaşqarlı Mahmud.

< < Geri